İstifadə olunan nəqliyyat növləri
Bakı keçid nöqtəsi kimi
Mərkəzi Asiya istiqamətlərində Bakı təbii keçid məntəqəsidir. Avropa və Türkiyədən gələn yüklər burada Xəzər keçidinə hazırlanır, Çin və Qazaxıstandan gələnlər isə Qafqaz və Avropa istiqamətinə yönləndirilir. Hər iki halda gömrük və terminal əməliyyatları bizim nəzarətimizdədir.
Nəqliyyat növləri
Bu istiqamətdə avtomobil, dəmir yolu və multimodal daşıma birlikdə istifadə olunur. Xəzər dənizi keçidi feribot vasitəsilə həyata keçirilir və marşrutun planlaşdırılmasında bu keçidin qrafiki nəzərə alınır.
Yük növləri
Sənaye avadanlığı, tikinti materialları, qida məhsulları və konsolidasiya edilmiş partiyalar bu marşrutda müntəzəm daşınır. İri ölçülü və ağır yüklər üçün xüsusi nəqliyyat və icazə sənədlərinin təşkili mövcuddur.
Sənədləşmə
Tranzit sənədləri, gömrük bəyannamələri və sərhədkeçmə üçün lazım olan bütün rəsmiləşdirmə bizim tərəfimizdən aparılır. Bir neçə ölkədən keçən marşrutlarda bu, vaxt itkisinin qarşısını alan əsas amildir.
Əhatə olunan ölkələr
- Qazaxıstan
- Özbəkistan
- Türkmənistan
- Tacikistan
- Monqolustan
- Rusiya
- Belarus
