✉ info@silkvaygroup.com
☏ +994 10 236 10 06B.e–Şənbə 09:00–18:00
Suallar

Tez-tez verilən suallar

Qiymət təklifini necə ala bilərəm?

İstənilən xidmət səhifəsindəki formu doldurun və ya birbaşa WhatsApp/telefon vasitəsilə əlaqə saxlayın — yükün növünü, çıxış və təyinat məntəqəsini bildirin, qısa müddətdə qiymət təqdim edək.

Hansı ölkələrə daşıma edirsiniz?

Türkiyə, Gürcüstan, Qazaxıstan, İran, Çin, Rusiya və digər MDB ölkələri, həmçinin Almaniya, Polşa, İtaliya kimi Avropa ölkələri daxil olmaqla 25+ istiqamətə xidmət göstəririk.

Yükümü izləyə bilərəmmi?

Bəli. Hər yük üçün məsul menecer təyin olunur və prosesi başdan-sona izləyir; statusu istənilən vaxt öyrənə bilərsiniz.

Gömrük sənədləşməsini siz aparırsınız?

Bəli, gömrük rəsmiləşdirilməsi və bütün lazımi sənədləşmə komandamız tərəfindən həyata keçirilir.

Minimum yük həcmi varmı?

Xeyr. Kiçik həcmli yüklər (LTL) üçün konsolidasiya, böyük yüklər üçün isə tam yük (FTL) həlləri təklif edirik.

WhatsApp Instagram E-poçt Ünvan Zəng et